FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO

Tarix: 17 Jul 2026 14:45

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimdə əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının keçirilməsi, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Cənub” dalğıc-axtarış qrupunun, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri” xilas edərək ilkin yardım göstərdikdən sonra “aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi FHN təlim su hövzələri suda boğulma halları xilasetmə əməliyyatları
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti