Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 04 Dec 2023 23:42
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Babək rayon Nehrəm qəsəbə kənd sakini 1977-ci il təvəllüdlü Mirzəyeva Səkinə Mərhəmət qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az