Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir

Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir

Tarix: 17 Jul 2026 16:32

Yaxın zamanlarda Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Yaxın zamanlarda iki ölkə arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir. Bu, 2024-cü ilin dekabrında Azərbaycanın mülki təyyarəsi ilə baş vermiş faciəvi insident sonra məhdudlaşdırılan marşrutlara şamil ediləcək”, - nazir qeyd edib.

Fərid Əkbərov Azərbaycan Rusiay aviareyslərin bərpası

Mənbə: apa.az

Xəbər Lenti