Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 17:22
Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib, güzəştlər müəyyənləşib.
APA-nın xəbərinə görə, qərara əsasən, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad ediləcək:
- İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;
- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA -Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı.”
Firuzə Vahid mühasib imtahan
Mənbə: apa.az