Cənubi Asiya regionunda dəmir yolu üzərində ilk fil keçidi tikilib

Tarix: 14 May 2024 11:21

Banqladeşdə Cənubi Asiya regionunda dəmir yolu üzərində ilk fil keçidi tikilib.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, Banqladeşdə bu yaxınlarda istifadəyə verilən Dohazari-Cox Bazar dəmir yolu xətti nəsli kəsilməkdə olan Asiya fillərinin də yaşadığı üç meşəlik ərazidən keçir. Fillər qida və su mənbələri üçün bu meşələrə güvənir.

Məlumata görə, fillərin təhlükəsiz hərəkət etməsi üçün dəmir yolu idarəsi Chunati məntəqəsində yerüstü keçid tikib. Bu, Cənubi Asiya regionunda dəmir yolu üzərində ilk fil estakadası kimi mühüm mərhələni qeyd edir.

Lakin ekspertlər xəbərdarlıq edir ki, bu meşəlik sahələrində fillərin fasiləsiz hərəkəti üçün bir yerüstü keçid kifayət etməyə bilər.

Xəbər Lenti