HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

Tarix: 18 Jul 2026 10:41

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.

Qeyd edilib ki, kurs müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, sualtı texniki işlər, axtarış, batmış obyektin su üzərinə qaldırılması, gəmi altına baxış və digər praktiki dalğıc bacarıqlarını əldə ediblər.

Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

Mənbə: apa.az

Xəbər Lenti