Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 13:23
İyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan, Gəncədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Günay Elşən Hava proqnozu külək Milli Hidrometerologiya XidmətiMənbə: apa.az