Qəzza nə qədər ziyan görüb? - Fotolar

Tarix: 05 Dec 2023 06:04

İsrail-əzza zolağının yeni peyk görüntüləri çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, görüntülərə əsasən, təxminən 98000 binanın zərər gördüyü məlum olub. Daha 100 minə yaxın binanın da zədələnə biləcəyi açıqlanıb.

Qəzzanın şimalındakı zərərin xəritələri

Xəritələrin təhlilini Nyu York Şəhər Universitetinin professoru Kori Şer və Oreqon Dövlət Universitetinin müəllimi Jamon Van Den Hoek aparıb. Onların qənaətinə görə, ilk hava zərbələrinə bölgənin şimal-şərq hissəsi məruz qalıb.

Xatırladaq ki, noyabrın 24-ü Qəzza zolağında HƏMAS hərəkatı və İsrail arasında müvəqqəti atəşkəs barədə razılaşma qüvvəyə minib. İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları dekabrın 1-i bərpa edib.

Xəbər Lenti