Bazar, 19 İyul, 2026
Tarix: 19 Jul 2026 04:05
Fransa millisinin futbolçusu Maykl Olise bir dünya çempionatında ən çox məhsuldar ötürmə edən oyunçu olub.
Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatını 7 məhsuldar ötürmə ilə başa vurub.
Olise bununla da əfsanəvi braziliyalı Pelenin rekordunu yeniləyib. Pele 1970-ci ildə keçirilən dünya çempionatında 6 qol ötürməsi vermişdi.
Qeyd edək ki, Fransa millisi mundialı dördüncü pillədə tamamlayıb.
Komanda üçüncü yer uğrunda qarşılaşmada İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
ApaSport Fransa OliseMənbə: apa.az