Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 19 Jul 2026 18:49
Çempionlar Liqasında Fövqəladə Hallar Nazirliyinin (FHN) "Xilasedici" komandasının rəqibi məlum olub. FHN-dən APA-ya verilən xəbərə görə, 15 iyul 2026-cı il tarixində Lüksemburqun paytaxtı Lüksemburq şəhərində Avropa Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilərdən ibarət voleybol üzrə CEV Çempionlar Liqasının (CEV Champions League Volley 2027) püşkatma mərasimi keçirilib. Liqada Avropanın müxtəlif ölkələrindən 18 komanda püşkatma mərasimində iştirak edib. Son ölkə çempionu FHN-in kişilərdən ibarət "Xilasedici" voleybol komandası püşkatma mərhələsində boş komandaya (Bye) təsadüf edərək birbaşa növbəti mərhələyə yüksəlib. Növbəti mərhələdə isə "Xilasedici" voleybol komandasının rəqibi Portuqaliyanın "Sporting CP Lisboa" komandası olub. Cütün ilk oyunu 3-5 noyabr, cavab görüşü isə 10-12 noyabr tarixlərində baş tutacaq.
Çempionlar Liqası FHN n "Xilasedici" komandasıMənbə: apa.az