Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 19 Jul 2026 20:26
"Mercedes" komandasının pilotu Kimi Antonelli Formula-1 üzrə 2026-cı il mövsümünün Belçika Qran-prisinin qalibi olub.
APA xəbər verir ki, ikinci yeri "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü yeri isə "Red Bull"un pilotu Maks Ferstappen tutub.
Bu, 19 yaşlı Antonellinin cari mövsümdə altıncı qələbəsi olub. O, 204 xalla ümumi hesabda liderliyini qoruyur. Konstruktorlar Kubokunda isə "Mercedes" 358 xalla ilk pillədə qərarlaşıb.
Formula-1 Kimi Antonelli Belçika Qran-prisi
Mənbə: apa.az