Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 19 Jul 2026 21:33
Argentina Futbol Assosiasiyası (AFA) milli komandanın dünya çempionatından qayıdışı ilə əlaqədar iyulun 20 və 21-nə planlaşdırılan bütün futbol oyunlarını təxirə salıb.
APA xəbər verir ki, bu barədə AFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə çempionatının ikinci və dördüncü divizionlarının oyunları, Argentina Superkuboku, qadınlar arasında ölkə çempionatı və futzal yarışları digər tarixlərdə keçiriləcək.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq. ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Argentina yığması hazırda dünya çempionu titulunun sahibidir.
Argentina dünya çempionatı futbol
Mənbə: apa.az