Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Tarix: 20 Jul 2026 14:35

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə “Zülfüqar” adlı birgə hərbi təlimdə iştirak edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə ölkəmizlə yanaşı İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları iştirak edir. Pilotsuz uçuş aparatları (PUA), müasir hərbi texnika və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir. İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas edilməsi və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər. Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.

Azərbaycan Ordusu xüsusi təyinatlılar İordaniya

Mənbə: apa.az

Xəbər Lenti