Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək

Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək

Tarix: 20 Jul 2026 14:13

Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Qeyd olunub ki, dual peşə təhsili proqramına cəlb olunan tələbə sayının 1600 nəfərə çatdırılması nəzərdə tutulub, Əmək bazarında praktik bacarıqlara malik işçi qüvvəsi sayının artırılması hədəflənib.

Mənbə: apa.az

Xəbər Lenti