Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb

Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb

Tarix: 20 Jul 2026 15:48

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və “Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.

APA xəbər verir ki, o, müraciətində 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərdiyini qeyd edib.

Xalq rəssamı bildirib ki, yaşı, sağlamlıq vəziyyəti və qarşıda həyata keçirmək istədiyi yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlib.

O, Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyyətinin hər bir üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkür edib.

Mənbə: apa.az

Xəbər Lenti