Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib

Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib

Tarix: 20 Jul 2026 19:53

Milli Mətbuatın yaradılmasının 151-ci ildönümü münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə ŞİH başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov və digər məsul şəxslər iştirak edib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ŞİH başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov iştirakçıları təbrik edib, ölkədə mətbuatın keçdiyi inkişaf yolundan söz açaraq bildirib ki, bu gün mətbuat təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin və vətəndaş cəmiyyətinin mühüm dayağı kimi çıxış edir.

Çıxış edənlər Azərbaycan mətbuatının formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın informasiya sahəsində müasir çağırışlara cavab verən, peşəkar, etik dəyərlərə sadiq medianın formalaşmasına dəstək göstərdiklərini bildiriblər.

Sonda media nümayəndələrinə təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Təltif olunanlar arasında APA İnformasiya Agentliyinin qərb bölgəsi üzrə müxbiri Fuad Nazimoğlu da var.

Naftalan Milli Mətbuat Günü
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib

Mənbə: apa.az

Xəbər Lenti