, 21 Dekabr, 2025
Tarix: 16 May 2024 01:55
İtaliya kubokunda 2023/2024 mövsümü başa çatıb.
APA xəbər verir ki, finalda “Atalanta” və “Yuventus” qarşılaşıb.
“Yuventus”un serbiyalı forvardı Duşan Vlahoviçin 4-cü dəqiqədə vurduğu qolla turinlillər qalib olub.
Bununla da “Yuventus” tarixində 15-ci dəfə İtaliya kubokuna sahib çıxıb.