Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib

Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib

Tarix: 21 Jul 2026 11:03

Azərbaycan ilə Türkmənistan arasında elektron TIR (eTIR) sistemi üzrə ilk pilot daşınma həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABADA-nın baş katibi Kənan Qurbanov bildirib.

Kənan Qurbanov beynəlxalq avtomobil daşımaları sahəsində rəqəmsallaşma üzrə görülən işlər barədə məlumat verib.

Kənan Qurbanovun sözlərinə görə, eTIR sistemi ənənəvi TIR kitabçasının elektron formatda tətbiqini nəzərdə tutur və daşınma prosedurlarının rəqəmsallaşdırılması hesabına sərhədkeçmə prosesini sürətləndirir. Layihənin həyata keçirilməsi dövlət qurumlarının və aidiyyəti işçi qruplarının koordinasiyası ilə təmin olunur.

Məlumata görə, eTIR sisteminin tətbiqi beynəlxalq yükdaşımalarında çevikliyi artırır, sənədləşmə prosesini sadələşdirir və sərhəddə yaranan texniki və ya sənədləşmə ilə bağlı problemlərin operativ şəkildə elektron qaydada aradan qaldırılmasına imkan verir.

Kənan Qurbanovun sözlərinə görə, bununla yanaşı, beynəlxalq avtomobil daşımalarında istifadə olunan icazə blanklarının da elektron mübadiləsi genişləndirilir. Hazırda Azərbaycan Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə icazə blanklarını elektron formatda mübadilə edir. Bu sistem daşıyıcılara sənədləri şəxsi elektron kabinet vasitəsilə əldə etməyə və zərurət yarandıqda məlumatlarda dəyişiklikləri məsafədən operativ şəkildə etməyə imkan yaradır.

Emil İsmayılov ABADA Kənan Qurbanov Türkmənistan TIR

Mənbə: apa.az

Xəbər Lenti