Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 21 Jul 2026 12:13
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bir qrup əməkdaşı Türkiyədə 1 həftəlik süni intellekt təlimlərində iştirak edəcək.
Bu barədə APA-ya AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) dəstəyi ilə təşkil olunur. Əməkdaşlarla görüşən QSC sədri Rövşən Məmmədov süni intellektin müasir media fəaliyyətində rolundan danışıb və adıçəkilən istiqamətin AzTV-də inkişaf etdirilməsinin müasir zamanın tələbləri ilə ayaqlaşmaqla yanaşı tarixi filmlərin hazırlanması, gənclərin ənənəvi mediaya marağının artırılmasında böyük rola malik olduğunu bildirib. O da qeyd olunub ki, bu cür təlimlər davamlı xarakter daşıyır və yaxın gələcəkdə Türkiyədən olan mütəxəssislərin də AzTV-də süni intellekt dərslərini təşkil edəcəyi gözlənilir.




Mənbə: apa.az