UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Tarix: 22 Jul 2026 01:05

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, oyun günündə ümumilikdə 11 qarşılaşma baş tutub. Təmsilçimiz “Sabah” saat 20:00-da II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Valdas Dambrauskasın yetirmələri Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edib.

Görüş təmsilçimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Türkiyə təmsilçisi "Fənərbaxça" isə doğma meydanda Polşanın "Qornik Zabrze" komandasıyla qarşılaşıb. İstanbul klubu Anderson Taliskanın vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

Görüş Bakı vaxtilə saat 22:00-da start götürüb.

21 iyul 20:00". Sabah" (Azərbaycan) – "KuPS" (Finlandiya) 1:0 20:00". İberiya 1999" (Gürcüstan) – "Slovan Bratislava" (Slovakiya) 0:2 20:00". Myallbi" (İsveç) – "Linkoln Red İmps" (Cəbəllütariq) 3:0 20:00. "Ararat-Armeniya" (Ermənistan) – "Şemrok Rovers" (İrlandiya) 2:0 21:00. "Orhus" (Danimarka) – "Lex" (Polşa) 1:4 22:00. "Fənərbaxça" (Türkiyə) – "Qornik Zabrze" (Polşa) 1:0 22:00. "Tun" (İsveçrə) – "Dinamo" (Zaqreb, Xorvatiya) 1:1 22:30. "Şturm Qrats" (Avstriya) – "Harts" (Şotlandiya) 4:0 22:45. "Klaksvik" (Farer adaları) – "Kauno Jalqiris" (Litva) 0:0 23:00. "Larn" (Şimali İrlandiya) – "Srvena Zvezda" (Serbiya) 0:4 23:00. "Vikinqur" (İslandiya) – "Hapoel Beer-Şeva" (İsrail) 2:1

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti