Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 10:30
Bu günə qədər 7000-dən artıq şəxs kibergigiyena, kibermaarifləndirmə təlimlərində iştirak ediblər və kibertəhlükəsizlik üzrə baza biliklərinə malik olublar.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca 7-ci məzun günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, eyni zamanda dövlət qurumlarında rəhbər vəzifəli şəxslərin də kibertəhlükəsizlik üzrə biliklərinin artırılması diqqət mərkəzində saxlanılır: “Bununla əlaqədar olaraq 53 müəssisədə, dövlət qurumunda və özəl sektor şirkətlərində təlimlər AKM tərəfindən aparılıb və onlar çərçivəsində 250-dən artıq rəhbər vəzifəli şəxs kibertəhlükəsizlik üzrə maarifləndirilib.
O qeyd edib ki, təlim tədris proqramları ilə yanaşı eyni zamanda qarşımızda duran hədəf əldə edilmiş bilik və bacarıqlarla silahlanaraq kibertəhlükəsizlik məhsullarının yaradılması aspektidir:
“Bu günə qədər AKM tərəfindən 70-dən artıq hackaton proqramları tədbirləri keçirilib və yeddiddən artıq kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məhsulu formalaşdırılıb. Bunlardan bir neçəsi artıq aktiv şəkildə öz satış və biznes proseslərinə başlamış və artıq müəyyən bir gəlirlər də əldə etməkdədir”.
İlahə Səlimova İRİA Fərid OsmanovMənbə: apa.az