Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 10:15
Ölkə başçısının imzası ilə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026-2028-ci illəri əhatə edən fəaliyyət planı çərçivəsində məhz Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin qurulması, bu istiqamətdə fəaliyyətin gücləndirilməsi, xüsusilə də insan kapitalının inkişafı mühüm əhəmiyyət daşıyır.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca 7-ci məzun günündə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq dördüncü ildir ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir:
“Bu günə qədər artıq 420-dən artıq müdafiə və hücum istiqamətində mütəxəssislər hazırlanaraq tərəfimizdən əmək bazarına təqdim edilib. Təqdim olunan mütəxəssislərin 90%-dən artıq hissəsi məhz artıq məşğulluq əldə etmişlər və işlə təmin olunub. Qeyd etmək lazımdır ki, məşğulluqla yanaşı məhz AKM tərəfindən ölkəmizdə kibermarifləndirmə istiqamətində də işlər həyata keçirilir. Hesabat dövründə 7000-dən artıq insan kibermarifləndirmə təlimlərinə cəlb olunmuşdur. 250-dən artıq rəhbər vəzifəli şəxslər məhz kibertəhlükəsizlik üzrə biliklərə yiyələnib”.
Onun vurğulayıb ki, bugünkü məzun günündə də 7-ci dalğadan olan 60 kibertəhlükəsizlik mütəxəssisi məzun olacaq:
“Onlar əmək bazarına aktiv şəkildə cəlb olunacaqlar. 60 nəfər içərisində fərdi olaraq seçilmiş 5 nəfər mütəxəssis xarici dövlətdə qabaqcıl rəqəmsallaşma və kibertəhlükəsizlik şirkətlərinin müəssisələrində bir aylıq pulsuz olaraq intern proqramı əldə etmiş olacaqlar”
İlahə Səlimova İRİA Fərid OsmanovMənbə: apa.az