Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 10:47
Texnologiya sürətlə inkişaf etdikcə, risklər də eyni sürətlə artır. Kibertəhlükəsizlik artıq təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır.
“APA-Economics” bu barədə “Technion" İnstitutunun Davamlı Təhsil Mərkəzinin rəhbəri Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində “Technion” beynəlxalq CS Ranking indeksinə əsasən süni intellekt sahəsində Avropada birinci, kompüter elmləri üzrə isə dünyanın aparıcı universitetləri sırasında qərarlaşıb:
“Bu nailiyyət təkcə elmi mükəmməlliyin göstəricisi deyil. O, bir əsrdən artıq müddətdə innovasiyanı məsuliyyət hissi ilə birləşdirən insanların yetişdirilməsinin nəticəsidir. Məhz bu proqram vasitəsilə biz yalnız texniki bilik və bacarıqlar deyil, həm də aydın düşünmək, yeni yaranan riskləri qabaqcadan görmək, kritik infrastruktur və strateji aktivləri qorumaq, texnologiyadan müdrik və etik şəkildə istifadə etmək bacarığı aşılamaq istəyirik”.
İlahə Səlimova “Technion" İnstitutu Moti YegerMənbə: apa.az