Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 12:31
Yanvar-iyun ayları ərzində gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub, işdən qanunsuz çıxarılmış 57 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422 818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
"Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 92 faizi əməkhaqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar",- məlumatda qeyd edilib.
Günay Elşən ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidməti
Mənbə: apa.az