Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Tarix: 23 Jul 2026 12:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 70 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 36,6 mininə ambulator, 17,2 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Bildirilib ki, reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir:

"Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir".

Günay Elşən ƏƏSMN Sosial Xidmətlər Agentliyi reabilitasiya

Mənbə: apa.az

Xəbər Lenti