Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

Tarix: 24 Jul 2026 00:53

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, oyun günündə ümumilikdə 9 qarşılaşma baş tutub.

Təmsilçimiz "Qarabağ" doğma meydanda Bolqarıstanın ÇSKA klubunu qəbul edib.

Gərgin keçən matçda qalib müəyyənləşməyib - 0:0.

Türkiyə təmsilçisi "Beşiktaş" isə İstanbulda Danimarka "Midtyulland"ı ilə üz-üzə gəlib. Oyunun taleyini 1 qol həll edib. "Qara qartallar" rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0

21:00. "Dinamo" (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) 2:3

21:00. "Hammarbü" (İsveç) – "Anderlext" (Belçika) 1:1

21:00. "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail) 0:5

21:00. "Tromse" (Norveç) – "Hradeç Kralove" (Çexiya) 0:1

22:00. "Beşiktaş" (Türkiyə) – "Midtyulland" (Danimarka) 1:0

22:00. "Sent Qallen" (İsveçrə) – "Benfika" (Portuqaliya) 2:1

22:00. "Tvente" (Niderland) – "Ferensvaroş" (Macarıstan) 1:2

23:00. "Hayduk" (Xorvatiya) – "Pafos" (Kipr) 2:0

ApaSport UEFA Avropa Liqası

Mənbə: apa.az

Xəbər Lenti