Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 06:30
Xocalı rayonunun Xanabad, Təzəbinə, Badara, Daşbulaq, Seyidbəyli kəndlərinə, Ağdərə rayonunun Aşağı Oratağ, Vəngli, Həsənriz, Kolatağ kəndlərinə, Cəbrayıl şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə 3 rayonun 11 yaşayış məntəqəsinə cəmi – 66 ailə (259 nəfər) köçürülüb.
Belə ki, Xocalı rayonunun 5 yaşayış məntəqəsinə, cəmi – 28 ailə (106 nəfər), Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə, cəmi – 25 ailə (96 nəfər), Cəbrayıl rayonunun 2 yaşayış məntəqəsinə, cəmi – 13 ailə (57 nəfər) köçürülüb.
Beləliklə, 24.07.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 47 yaşayış məntəqəsində 9 458 ailə (38 179 nəfər) məskunlaşmış olacaqdır.
İman İmanov
köçMənbə: apa.az