İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin edilib

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin edilib

Tarix: 24 Jul 2026 13:15

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.

Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev idi. O, ötən ilin sentyabrında tutduğu vəzifədən azad edilib. Teatrın direktoru vəzifəsini isə müvəqqəti Zivər Abbasova icra edib.

Mənbə: apa.az

Xəbər Lenti