Xocalı və Ağdərə rayonlarına növbəti köç olub

Xocalı və Ağdərə rayonlarına növbəti köç olub

Tarix: 24 Jul 2026 14:38

İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayon üzrə ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru müavini Mahmud Əfəndiyev iştirak ediblər.

S. Qəhrəmanov çıxışında doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin davam etdiyini bildirib.Köç çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib. Ağdərə rayonunda isə Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Həsənsizli kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə 3 ailə (19 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər) köçürülüb.

Firuzə Vahid Xocalı Ağdərə köç
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub

Mənbə: apa.az

Xəbər Lenti