Qarabağ Universitetinin bukleti hazırlanıb - FOTO

Tarix: 18 May 2024 16:56

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti, eləcə də (070) 812 10 10 (WhatsApp) nömrəsi açılıb.

Xəbər Lenti