FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib - FOTO

Tarix: 25 Jul 2026 14:07

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

APA xəbər verir ki, FHN-in Baş Əməliyyat İdarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən təlimin məqsədi yarış zamanı baş verə biləcək yanğınların qarşısının alınması, onların fəsadlarının aradan qaldırılması və xilasetmə işlərinin operativ şəkildə həyata keçirilməsi istiqamətində marşalların bilik, bacarıq və praktiki təcrübələrinin artırılmasıdır.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 186 nəfər marşal iştirak edib. Onlardan 60 nəfərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təşkil edib. Təlim çərçivəsində iştirakçılar operativ reaksiyavermə və fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Təlimin nəzəri hissəsində rəhbər marşallar komanda üzvlərinə yanğın təhlükəsizliyi, bu cür hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bilik və bacarıqlarının təkmiləşdilməsi məqsədilə təqdimatlar ediblər.

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri tərəfindən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İyul ayından başlayan təlimlərin bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-cı il 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30-dan çox xüsusi texnikasının və 400-ə yaxın şəxsi heyətinin tədbirin təhlükəsizliyinin təmin olunmasına cəlb edilməsi planlaşdırılır.

Təlimlərə qoşulan marşal Ruqiyyə Rzayeva bildirib ki, o, 4 ildir ki, Formula 1-də marşal olaraq fəaliyyət göstərir: "Məncə Fire marşal komandası Formula 1-dəki marşal komandalarının içərisində ən maraqlısıdır. Xüsusilə bizim komandada fiziki güc və eyni zamanda zəka tələb olunur. Soyuqqanlılıq, aktiv olmaq, hər şey çox yüksək səviyyədədir və bu komandanın maraqlı edən tərəflərindən biri də burda xanımların çox olmağıdır. Bu bizim komandamızın ən rəngarəng tərəfidir. Çox xoşbəxtəm ki, "fire marşal"am, yaxşı ki, bu komandanı seçmişəm".

Selcan Zaurqızı FHN təlim Formula 1

Mənbə: apa.az

Xəbər Lenti