Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Tarix: 19 May 2024 13:03

Sumqayıtda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

Tək yaşayan 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti bu gün yaxınları tərəfindən aşkar edilib. Onun bir neçə gün öncə öldüyü ehtimal edilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Xəbər Lenti