Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 10:53
Ermənistanın 17 yaşadək sərbəst güləş üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.
APA xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb. Yeniyetmələr arasında dünya çempionatı sabah Bakıda start götürəcək və müxtəlif ölkələrdən yüzlərlə idmançı mübarizə aparacaq.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək.
Ermənistan Azərbaycan Bakı güləş U-17 dünya çempionatı sərbəst güləş Ermənistan Güləş Federasiyası idman dünya çempionatıMənbə: apa.az