Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 15:10
İran ABŞ-ın iki gecə ardıcıl olaraq ölkəyə hücum etməməsindən sonra cavab zərbələrini dayandırdığını açıqlayıb.
APA xəbər verir ki, İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiyanın bazar günü verdiyi məlumata görə, ABŞ-ın hücumları iki gecədir dayandırılıb və buna uyğun olaraq İran da cavab zərbələrini dayandırıb.
"Bu hücumlar srağagün axşama qədər davam edirdi. Lakin son iki gecə ərzində amerikalılar hücumları dayandırıblar", – deyə Məhəmməd Əkrəminiya bildirib.
İran ABŞ Tehran Məhəmməd Əkrəminiya cavab zərbələri hava hücumları hərbi əməliyyatlar Yaxın Şərq beynəlxalq gərginlik Sinhua ABŞ-İran münasibətləri
Mənbə: apa.az