Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 18:28
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 27-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da əksər meteohəssas əhali üçün müsbət amildir.
Mənbə: apa.az