Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 20 May 2024 11:14
Cavanşir körpüsü sökülmə işləri ilə əlaqədar saat 17:00-dan nəqliyyatın hərəkəti üçün qapadılacaq.
APA xəbər verir ki, söküntü ilə bağlı nəqliyyatın hərəkəti müəyyən edilmiş sxem üzrə olacaq:
▪️Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkət 28 May küçəsindən olacaq. ▪️Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini - Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. ▪️S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. ▪️Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər. ▪️K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək. ▪️Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Y.Səfərov küçəsində geriyə dönmədən istifadə etmək tövsiyə edilir.