Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 13:05
Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
***
10:03
İyulun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.
Mənbə: apa.az