Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 13:04
Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Apasport.az xəbər verir ki, o, “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.
Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, cavab görüşü iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə: apa.az