Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 17:56
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.
Bildirilib ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub: "Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib".
ƏƏSMN Dövlət Məşğulluq AgentliyiMənbə: apa.az