Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 19:28
Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın Futbol üzrə Dünya Çempionatının 1/16 mərhələsində Argentinanın qapısından keçirdiyi top turnirin ən yaxşı qolu hesab olunub.
APA xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Özbəkistan yığmasının üzvü Eldor Şomuradovun vurduğu qol ikinci, Haiti yığmasının hücumçusu Vilson İzidorun qolu isə üçüncü olub.
Qeyd edək ki, bu il ABŞ, Meksika və Kanadada keçirilən dünya kubokunda İspaniya yığması çempion olub.
https://t.me/apa_az/123489
Mənbə: apa.az