Abşeron və Bakının bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq

Abşeron və Bakının bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq

Tarix: 28 Jul 2026 11:48

Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

Bu barədə "APA-Economics"ə "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Belə ki, sözügedən əraziləri su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınadək su təminatında fasilə yaranacaq.

APA-Economics su fasilə

Mənbə: apa.az

Xəbər Lenti