Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub

Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub

Tarix: 28 Jul 2026 13:08

Zinəddin Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub.

APA xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Dünya çempionu və Çempionlar Liqasının üçqat qalibi ilə 2030-cu ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Zidan bu postda 14 il milliyə rəhbərlik etmiş Didye Deşamı əvəzləyib.

Didye Deşam baş məşqçi olduğu müddətdə Fransa yığması dünya çempionu (2018), dünya (2022) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı və Millətlər Liqasının (2021) qalibi olub.

​​​​​​​Zinəddin Zidan Fransa futbol yığması baş məşqçi Futbol üzrə Dünya Çempionatı Didye Deşam

Mənbə: apa.az

Xəbər Lenti