Azərbaycan Güləş üzrə Dünya Çempionatında ilk medalını qazanıb

Azərbaycan Güləş üzrə Dünya Çempionatında ilk medalını qazanıb

Tarix: 28 Jul 2026 18:32

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeni 7:1 hesabı ilə məğlub edib.

Bu nəticə ilə Salmanov Azərbaycana turnirdə ilk medalı qazandırıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Mənbə: apa.az

Xəbər Lenti