Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 28 Jul 2026 19:50
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda İran təmsilçisi Alireza Həsən Rezaiyə məğlub olub.
Beləliklə, İsfahan Həsənov dünya çempionatını ikinci pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər təmsilçiləri Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıblar.
Mənbə: apa.az