WSJ: Tramp Netanyahunu əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılayıb

WSJ: Tramp Netanyahunu əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılayıb

Tarix: 29 Jul 2026 07:23

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu əvvəlki görüşlərlə müqayisədə daha soyuq qarşılayıb.

Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu aylarla Trampla görüşə nail olmağa çalışıb. Lakin Vaşinqtona gəldikdə əvvəlki səfərlərində olduğu qədər nüfuza malik olmayıb.

Nəşrin yazdığına görə, Tramp İranla bağlı hərbi əməliyyatların gözləniləndən uzun çəkməsindən narazıdır və səfər ərəfəsində yaxın çevrəsində Netanyahu ilə bağlı narazılığını ifadə edib.

ABŞ İsrail Donald Tramp Benyamin Netanyahu

Mənbə: apa.az

Xəbər Lenti