Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 10:31
Baş prokuror Laçında vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyev avqustun 7-də, saat 10:00-da Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Laçın rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Kamran Əliyev Baş prokuror Laçın vətəndaş qəbuluMənbə: apa.az