“Azərkosmos” 33 ölkəyə 13,1 mln. dollar dəyərində xidmət ixrac edib

“Azərkosmos” 33 ölkəyə 13,1 mln. dollar dəyərində xidmət ixrac edib

Tarix: 29 Jul 2026 13:14

Bu ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.

"APA-Econmics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,6 milyon ABŞ dolları ilə Lüksemburq, 605,4 min ABŞ dolları ilə Türkiyə, 603,4 min ABŞ dolları ilə Pakistan və 327,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.

İlahə Səlimova Azərkosmos telekommunikasiya

Mənbə: apa.az

Xəbər Lenti