Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 13:48
İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Milli Hidrometeorologiya Xidməti hava proqnoz xəbərdarlıq leysan doluMənbə: apa.az