Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 15:24
Ceyranbatan - Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentlindən məlumat verilib.
Məlumata götə, işlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.
APA-Economics ADSEA su xəttiMənbə: apa.az