Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 17:23
Rusiyada jurnalist Darya Şipaçeva dövlətə xəyanət ittihamı ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, qərar Moskva məhkəməsi tərəfindən qapalı məhkəmə iclasında çıxarılıb.
Rusiya KİV-lərinin yaydığı məlumata əsasən, ittiham Ukraynaya pul köçürməsi ilə bağlı olub.
Məlumata görə, Şipaçeva elm və tibb mövzularında ixtisaslaşmış jurnalist olub və Rusiyanın bir sıra tanınmış media qurumlarında çalışıb.
Mənbə: apa.az